SİYASƏT


Milli Məclisin regional məsələlər komitəsinin iclasında ərazi mübahisələri ilə bağlı məsələlərə baxılıb

Oktyabrın 4-də Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib. Komitə sədri Arif Rəhimzadə gündəliyə əsasən yeddi məsələyə baxılacağını, bu məsələlərin hamısının ərazi mübahisələri ilə bağlı olduğunu deyib. Bildirilib ki, Azərbaycanda ərazi vahidlərinin sərhədləri dəqiqləşdirilir və xəritə çəkilir.