MƏDƏNİYYƏT


Onlar sənətin əngəl tanımadığını təsdiq edəcəklər

Ölkəmizdə əlilliyi olan aktyorlardan ibarət müstəqil ƏSA Teatrı yaradılıb. Əsas heyyəti əlilliyi olan aktyorlar təşkil etsə də əlilliyi olmayan aktyorlar da bu teatrda fəaliyyət göstərə biləcək. Hazırda aktyorlar ilk tamaşalarına hazırlaşırlar. Onlar bu tamaşa ilə incəsənətin əngəl tanımadığını təsdiq edəcək.