MƏDƏNİYYƏT


Mariya Valverde: Bakıdan növbəti dəfə təklif gələrsə, sevinclə qarşılayaram

Oktyabrın 5-də “CinemaPlus” kinoteatrında “Əli və Nino” filminin qəhrəmanlarının iştirakı ilə mətbuat konfransı keçirilib. “Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.