İDMAN


Neymar karyerasında 300-cü qolunu vurub

İspaniyanın “Barselona” klubunun və Braziliya yığma komandasının futbolçusu Neymar yubiley qoluna imza atıb. “Sambaçı” karyerasında 300-cü qolunu vurub. İyirmi dörd yaşlı hücumçu bunu 2018-ci il dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsi çərçivəsində Boliviya ilə matçda gerçəkləşdirib.