DÜNYA


Dünyanı sarsıdan yaralı suriyalı qızın videosu

Suriyanın Tel-Bisa şəhərinə edilən dağıdıcı hava hücumlarından sonra qan içində olan balaca qız uşağının videosu dünyada insanların diqqətini cəlb edib. Video ənənəvi və sosial mediada geniş yayılıb. Həkimlər tərəfindən xilas edilən balaca “baba” deyərək dayanmadan atasını çağırır. Bildirilir ki, balaca Aya və bombalanma zamanı itirdiyi atası, sonradan qovuşublar.