CƏMİYYƏT


İntensiv yağışlar Lənkəranda bir sıra problemlər yaradıb

Oktyabrın 11-dən başlayaraq ölkəmizin cənub bölgəsinə yağan intensiv yağışlar Lənkəranda bir sıra problemlərə səbəb olub. Sel suları fərdi yaşayış evlərinin həyətyanı və əkin sahələrini basıb, nəqliyyat vasitələrinin və piyadaların hərəkətində bir sıra çətinliklər yaranıb.