SİYASƏT


Azərbaycan Hərb Tarixi Muzeyində dövlət müstəqilliyimizin bərpasının 25 illiyi qeyd olunub

Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Bu fikir oktyabrın 14-də Azərbaycan Hərb Tarixi Muzeyində dövlət müstəqilliyimizin bərpasının 25 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə səsləndirilib.