CƏMİYYƏT


Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası açılıb

Bakıda “Amay” ticarət mərkəzində açılan arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasında 254 nəfər arıçı iştirak edir. Zona və respublika baytarlıq laboratoriyaları bu il yarmarkaya buraxılan balın yoxlanmasını daha da sərtləşdirib və nəticədə gətirilən balın 20 faizədək hissəsi keyfiyyət göstəriciləri normaya uyğun olmadığından yarmarkaya buraxılmayıb.