DÜNYA


Mosulun ətraf kəndlərində yaşayanlar təhlükəsiz ərazilərə köç edir

İraqın Mosul bölgəsinin terrorçu İŞİD qruplaşmasından azad edilməsi üçün oktabrın 16-dan başlayan əməliyyatlar davam edir. Bu səbəblə İŞİD-in nəzarətində olan Mosulun ətrafındakı kəndlərdə yaşayanlar təhlükəsiz ərazilərə köç edir. Onların bir hissəsi artıq İraqın nəzarətindəki Kayyara kəndinə gəliblər. Görüntüləri Anadolu Agentliyi yayımlayıb.