SİYASƏT


“Vyetnamın səsi” televiziyasının “Dünyaya baxış” proqramı Azərbaycana həsr olunub

Vyetnamın kütləvi informasiya vasitələrində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş məqalələr dərc edilib, reportajlar yayımlanıb. Ölkənin əsas televiziya kanallarından olan “Vyetnamın səsi” televiziyasının “Dünyaya baxış” proqramının növbəti buraxılışı Azərbaycana həsr olunub. Verilişdə ölkəmizin tarixi keçmişinə, müstəqil dövlət quruculuğu yoluna, Azərbaycanın son illərdəki hərtərəfli inkişafına, müxtəlif sahələrdə qazanılan uğurlara, habelə tarixi və turizm məkanlarına, memarlıq abidələrinə, incəsənətinə, mətbəxinə dair məlumat verilib.