MƏDƏNİYYƏT


Balaton – macarsayağı dəniz

Balaton Macarıstanın və Mərkəzi Avropanın ən böyük gölüdür. Böyüklüyünə görə burada onu hətta “Macarıstan dənizi” adlandırırlar. May ayından sentyabradək davam edən mövsümdə gölün sahili çimərlik turizmi həvəskarları ilə dolub-daşır. Eyni zamanda, Balaton təkcə su kənarında istirahət etmək imkanı ilə deyil, həm də mədəni proqramların müxtəlifliyi və qastronomik təəssüratlarla cəlbedicidir.