CƏMİYYƏT


Şimal-qərb bölgəsinin dağlıq ərazilərinə qar yağır

Oktyabrın 25-də səhər saatlarından yağan yağış günün ikinci yarısında bölgənin dağlıq və dağətəyi ərazilərində tədricən sulu qara və qara çevrilib. Qax rayonunun dağlıq ərazisində yerləşən İlisu, Sarıbaş, Ağçay kəndlərinə bir neçə gün fasilədən sonra yenidən qar yağır. Hazırda bu kəndlərdə qarın qalınlığı bir neçə santimetr təşkil edir.