MƏDƏNİYYƏT


Natəvan Hacıyevanın “Televiziya dünənim, bu günüm və sabahımdır” adlı kitabının təqdimatı olub

Oktyabrın 26-da Beynəlxalq Mətbuat Mərkəzində Əməkdar Artist Natəvan Hacıyevanın “Televiziya dünənim, bu günüm və sabahımdır” adlı kitabın təqdimatı keçirilib. Müəllif kitabı milli televiziyamızın yaranmasının 60 illiyinə həsr edib. Kitab iki hissədən ibarətdir. Birinci hissə televiziyanın yaranma tarixinə, ikinci hissə isə müəllifin həyat və yaradıcılığına həsr olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır