DÜNYA


Yapon mahnısı “Ginnesin rekordlar kitabı”na salınıb

Yaponiyalı yumor ustası Piko-Taronun “Billboard” jurnalına düşən və artıq interneti fəth edən mahnısı “ən qısa mahnı” kimi dünya rekordunu təzələyib. “Pen-Pineapple-Apple-Pen” mahnısı 51 saniyə davam edir. Mahnıya çəkilən klipdə yaponiyalı rəqs edərək almanı, ananası və qələmi birləşdirir. Bu video avqust ayında “YouTube”da yerləşdirilib və sadə, cəlbedici melodiyasına görə dərhal populyarlaşıb. İndiyədək həmin klipə 200 milyondan çox istifadəçi tamaşa edib.