İDMAN


Azərbaycanlı velosəyyah And dağlarında 5 min metr hündürlükdəki yol keçidini qət edib

Məşhur azərbaycanlı velosəyyah Ramil Ziyadov Şimali və Cənubi Amerikada ən yüksək Vayrakasa yol keçidini qət edib. AZƏRTAC xəbər verir ki, bu barədə veloturçu özü məlumat verib. O bildirib ki, 5059 metrlik yüksəkliyə gedən yol bir neçə çətin aşırımdan ibarətdir. Vayrakasa hündürlüyü Peru ərazisində And sıra dağlarının bir hissəsidir. Hər il müxtəlif ölkələrdən çoxlu sayda velosəyyah bu aşırımı keçmək üçün Peruya gəlir.