İDMAN


UEFA Avropa Liqası: “Qarabağ” komandası PAOK səfərində

Bu gün futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək. Ağdamın “Qarabağ” klubu səfərdə Yunanıstanın PAOK komandasının qonağı olacaq. Bakıda keçirilən oyunda rəqibini məğlub edən (2:0) komandamız bunu Salonikidə də təkrarlamağa çalışacaq. “Qarabağ” heç-heçə sayəsində də qrupdakı vəziyyətini yaxşılaşdıra bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır