MƏDƏNİYYƏT


Muzeylərimiz: Salyan Tarix-Diyarşünaslıq Muzeyindən REPORTAJ

Publisist Əli bəy Hüseynzadənin adını daşıyan Salyanda Tarix-Diyarşünaslıq Muzeyi 1981-ci ildə yaradılıb. Muzeyin fəaliyyət göstərdiyi 35 il ərzində burada 11 mindən çox eksponat toplanıb ki, onlardan 800-ü ekspozisiya zallarında nümayiş etdirilir.