CƏMİYYƏT


Bakıda əqli mülkiyyət siyasətinə dair beynəlxalq seminar keçirilir

Bakıda Müəllif Hüquqları Agentliyi (MHA), Təhsil Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Dünya Əqli Mülkiyyət Təşkilatının (DƏMT) əməkdaşlığı çərçivəsində “Universitetlərdə, elmi-tədqiqat və təcrübi-konstruktor müəssisələrində əqli mülkiyyət siyasəti və elmi-tədqiqat fəaliyyəti” mövzusunda beynəlxalq seminar işə başlayıb.