CƏMİYYƏT


Xətai rayonunda Cavanşir küçəsi təmir olunub

Təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb, zəruri olan yerlərdə yol əsasında kipləşdirmə işləri aparılıb. Küçə boyu 2500 poqonmetr köhnə səki daşı yenilənib, yeni piyada səkilərinin tikintisi, mövcud olan piyada səkilərinin isə bərpa edilməsi istiqamətində addımlar atılıb.