DÜNYA


Hindistanda qatar qəzası nəticəsində ölənlərin sayı 100-ü ötüb

Hindistanda qatarın relsdən çıxaraq aşması nəticəsində ölənlərin sayı 100-ü ötüb. AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, qəzada 200-dən çox insan yaralanıb. Hadisə ölkənin şimalında, Pukrayan şəhəri yaxınlığında baş verib. Qatarda təxminən 500 sərnişin olub. Qəza yerində 250-yə yaxın xilasedici işləyir. Ölənlərin sayının artma ehtimalının olduğu bildirilib.