CƏMİYYƏT


Bakıda MDB-yə üzv dövlətlərin Gənclərlə İş üzrə Şurasının iclası keçirilir

Bakıda MDB-nin Gənclərlə İş üzrə Şurasının iclası işə başlayıb. “MDB-yə üzv dövlətlərin gənclərlə iş sahəsində əməkdaşlığına dair” 2005-ci il oktyabrın 25-də imzalanmış sazişin icrası məqsədilə yaradılan Şura üzv dövlətlərin gənclərlə iş üzrə səlahiyyətli nümayəndələrindən (hər ölkədən iki nəfər) ibarətdir.