CƏMİYYƏT


Ekologiya və təbii sərvətlər naziri İsmayıllıda vətəndaşların şikayət və təkliflərini dinləyib

İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı 30-dan çox vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Vətəndaşların müraciətləri əsasən ətraf mühitin mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.