RƏSMİ


Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın təhsil və elm nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyevanın ölkəmizə səfərinin maraqlı keçəcəyinə ümidvar olduğunu bildirən dövlətimizin başçısı təhsil və elm sahələrində əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi üçün çoxlu mövzuların olduğunu dedi. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin müxtəlif istiqamətlərdə, o cümlədən təhsil sahəsində uğurla inkişaf etdiyini vurğuladı.