MƏDƏNİYYƏT


Vaşinqtonda ölkəmizin zəngin mədəniyyəti təqdim olunub

Dekabrın 7-də Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən Vaşinqtonun ən böyük inzibati tikilisi olan Ronald Reyqan Binası və Beynəlxalq Ticarət Mərkəzində ölkəmizin zəngin mədəniyyət nümunələri bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinə, media təmsilçilərinə və geniş ictimaiyyətə təqdim olunub.