CƏMİYYƏT


"Azəravtoyol": Sürücülərin qışa hazırlıqsız olması tıxac yaradır

Hazırda Bakı şəhərinin "Azəravtoyol" ASC-nin balansında olan heç bir küçə və prospektində buzlaşma müşahidə olunmur. Buzlaşmanın axşam saatlarından başlayaraq yaranması gözlənilir. Bunun üçün texnika, maşın-mexanizmlərimiz hazır vəziyyətdədir. Bu barədə "Azəravtoyol" ASC-nin mətbuat katibi Anar Nəcəfli məlumat verib.