CƏMİYYƏT


“Nat Geo Wild” telekanalında Azərbaycandakı Qafqaz bəbiri ilə bağlı veriliş yayımlanıb

Nat Geo Wild telekanalı Qafqaz bəbiri ilə bağlı veriliş hazırlayıb. Fotoqraf və rejissor Adrian Stern bunun üçün Azərbaycanda çəkilişlər edib. Ekspedisiyanın məqsədi çox nadir yırtıcı olan Qafqaz bəbirini lentə almaq olub. Telekanalda nəsli kəsilməkdə olan bəbirlə bağlı silsilə verilişlər yayımlanacaq. Adrian Sternin Azərbaycandan hazırladığı ilk buraxılış telekanalın efirində artıq nümayiş olunub.