MƏDƏNİYYƏT


Alim Qasımovdan yeni mahnı - Körpələrin səsi

Dünya şöhrətli sənətkar, Xalq Artisti Alim Qasımov, qızı, Əməkdar Artist Fərqanə Qasımova bu günlərdə yeni bir mahnı təqdim ediblər. "Körpələrin səsi" adlı mahnı müharibədən əziyyət çəkən, qaçqın, köçkün, əsir düşən, körpə yaşlarında dünyasını dəyişən bütün dünyadakı uşaqlara həsr edilib. Sözləri Cəlal Qurbanova, musiqisi Hakan Erola məxsus mahnını Xalq Artisti Zülfiyyə Xanbabayeva və Əməkdar artist Abbas Bağırov da ifa edirlər. Bakıda keçirilən “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası çərçivəsində təqdim edilən mahnı Alim Qasımovun rəsmi Facebook və YouTube səhifələrində yayılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır