CƏMİYYƏT


“İstedadların hazırlığı laboratoriyası” IV respublika final turunun qalibləri mükafatlandırılıb

Layihənin keçirilməsində məqsəd riyazi və məntiqi düşüncəyə malik 14-16 yaşlı istedadlı gəncləri aşkar etmək, onların inkişafını stimullaşdıran tədbirlər həyata keçirməkdir. Çoxmərhələli layihə çərçivəsində informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə respublikamızda yeniyetmələrin eyni vaxtda onlayn olimpiadaya qatılmaq imkanı yaradılıb. Layihə yeniyetmələr arasında dəqiq və təbii elmləri, eləcə də texniki sahələri təbliğ edir.