MƏDƏNİYYƏT


Nat Geo Wild: Qafqaz bəbirinin qorunması üçün ciddi addımlar atılıb

Xəbər verdiyimiz kimi, Nat Geo Wild telekanalı Qafqaz bəbiri ilə bağlı film hazırlayıb. Fotoqraf və rejissor Adrian Stern bunun üçün Azərbaycanda çəkilişlər aparıb. Ekspedisiyanın məqsədi çox nadir yırtıcı olan Qafqaz bəbirini lentə almaq olub. Azərbaycandan hazırladığı 44 dəqiqəlik filmdə Adrian Stern ölkəmizə ekspertlər qrupu ilə səyahət etdiyini bildirir. O, qrupa afrikalı məşhur ləpirçinin, rusiyalı alimin, yerli “bəbir insan” Babaxanın və digərlərinin daxil olduğunu diqqətə çatdırır.