ELM VƏ TƏHSİL


Bakıda beynəlxalq elmi seminar keçirilir

Dekabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda beynəlxalq elmi seminar işə başlayıb. AMEA-nın və MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondunun birgə təşkilatçılığı ilə keçirilən seminarda Rusiya, Estoniya, Türkmənistan, Moldova, Belarus və digər ölkələrin elm adamları iştirak edirlər.