CƏMİYYƏT


Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ilin yekunları ilə bağlı hesabat verib

Dekabrın 20-də Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində cari ilin yekunları ilə əlaqədar hesabat xarakterli mətbuat konfransı təşkil olunub. Tədbirdə Analitik Ekspertiza Mərkəzinin (AEM) mütəxəssisləri və şöbə müdirləri jurnalistlərin suallarını cavablandırıblar.