SİYASƏT


Bakıda 4 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, Nərimanov rayonunun, Müzzəfər Nərimanov küçəsində yerləşən Şampan zavodunun metal qəbulu məntəqəsinin ərazisindən 3 ədəd partlamamış hərbi sursat və 1 ədəd 100 mm-lik top mərmisinin gilizi aşkar edilərək götürülüb, nəticə etibarilə 1 000 kv.m. ərazi yoxlanılıb.