CƏMİYYƏT


Torpaq sürüşməsi Siyəzənin Sədan kəndində üç evi qəzalı vəziyyətə salıb

AZƏRTAC xəbər verir ki, rayon mərkəzindən 8 kilometr məsafədə yerləşən kənddə sürüşmə prosesi bu ilin mart ayından aktivləşib. Doqquz aydan çoxdur davam edən proses nəticəsində sürüşmə zonasına düşən üç evin divarları çatlayıb, binalar qəzalı vəziyyətə düşüb.