İDMAN


Formula-1 Azərbaycan Qran-prisinin elçisi Könüllülər Mərkəzində olub

Formula-1 Azərbaycan Qran-prisinin könüllülərlə çalışacaq rəsmi elçisi, müğənni Miri Yusif dekabrın 26-da “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) Könüllülər Mərkəzində olub. AZƏRTAC xəbər verir ki, mərkəzdə yaradılan şəraitlə tanış olan elçi könüllülərin müsahibə prosesini izləyib. O, həmçinin könüllü olmaq üçün müraciət etmiş gənclərlə müsahibədə iştirak edib.