CƏMİYYƏT


FHN: Qaz xəttindəki yanğının söndürülməsi davam edir, yaşayış məntəqələri üçün təhlükə yoxdur

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının söndürülməsi işləri davam edir, yaşayış məntəqələri üçün təhlükə yoxdur. Qeyd edək ki, dekabrın 27-də səhər saatlarında Bakının Qaradağ rayonunda diametri 1000-1200 millimetr olan iki qaz xəttində yanğınla nəticələnən partlayış baş verməsi barədə FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.