CƏMİYYƏT


Xətai rayonunda yeni küçə salınır

Xətai rayonu Yusif Səfərov və Fəzail Bayramov küçələri arasında yeni yol inşa edilir. 4 hərəkət zolaqlı olacaq yolun uzunluğu 260 metrdir. 1 metr enində ayrıcı zolaqla birlikdə yeni küçənin eni 16 metr təşkil edəcək. Hər iki tərəfdə vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə piyada səkiləri də inşa olunur.