SİYASƏT


Ermənistan tərəfi Azərbaycan xalqına qarşı qeyri-insani simasını yenidən nümayiş etdirir

Azərbaycanın Müdafiə Nazirliyi ermənilər tərəfindən sosial şəbəkələrdə Azərbaycan əsgərinin cəsədinin fotolarının yayılmasına münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan tərəfi əvvəlcə cəsədin onlarda olmadığını bildirsə də, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər və əldə edilən təkzibolunmaz dəlillər qarşısında məcbur qalaraq əsgərimizin meyitinin fotolarını sosial şəbəkə vasitəsilə yayıb.