MƏDƏNİYYƏT


Şəkili rəssam Mənsur Əzizlinin sənət dünyasına səyahət

Ömrünün yarıdan çoxunu rəssamlıq sənətinə həsr edən Mənsur Əzizli Şəkidə yaxşı tanınan sənətkarlardandır. Hələ uşaq yaşlarından rəssamlığa meyl salan sənətkar ötən illər ərzində bir çox uğurlara imza atıb. Ən böyük uğuru isə TÜRKSOY tərəfindən Şəkidə təşkil olunan sərgidə qalib gəlməsi olub.