DÜNYA


Paris zooparkına səyahət

Əgər səyahət etməyə hazırlaşdığınız Avropa şəhərində zoopark varsa, tərəddüd etmədən onu səyahət proqramına daxil edin. Adətən Avropa zooparklarında heyvanlar təbii mühitə yaxın şəraitdə saxlanılır. Bu heyvanxanalar səliqə-sahmanı ilə qonaqlarda ən xoş təəssüratlar doğurur. Paris zooparkı da məhz bu prinsip əsasında yaradılıb. Vensen meşəsində yerləşdiyi üçün ona Vensen zooparkı da deyirlər.