DÜNYA


İzmirdə baş verən partlayışda 10 nəfər yaralanıb

Türkiyənin İzmir şəhərində Ədliyyə Nazirliyinin yerli idarəsinin binası yaxınlığında partlayışı törədən terrorçulardan ikisi məhv edilib, digəri axtarılır. Türkiyə KİV-lərə istinadən bildirilir ki, 10 nəfər yaralı var. Onlardan birinin vəziyyəti ağırdır.