CƏMİYYƏT


Xaçmaz sakini həyətində 150-yə yaxın ekzotik quş saxlayır

Xaçmaz rayonu Alekseyevka kəndində yaşayan Ömər Hacıbalayev 5 ildən çoxdur şəxsi təsərrüfatında müxtəlif ekzotik quş növləri saxlayır. İxtisasca mühəndis olan Ö.Hacıbalayevin fermasındakı quşların sayı artıq 150-yə çatıb. Təsərrüfatda tovuzquşu, linda qazı, yapon toyuqları, kəklik, Qafqaz qırqovulu, tutuquşu kimi, ümumilikdə, 25 növ ekzotik quş bəslənilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır