CƏMİYYƏT


“Əmlakın qeydiyyatı kalkulyatoru” istifadəyə verilib

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı və əmlakla bağlı xidmətlər sahəsində daha bir yenilik - Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet səhifəsində (emdk.gov.az) ilk dəfə olaraq “Əmlakın qeydiyyatı kalkulyatoru” istifadəyə verilib. İndi ölkə vətəndaşları, fiziki və hüquqi şəxslər əmlakla bağlı qeydiyyat xidmətlərinə dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablaya biləcəklər.