DÜNYA


Diyarbəkirdə terror: 3 polis şəhid olub, 3-ü isə yaralanıb [YENİLƏNİB]

Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda yol kənarında quraşdırılmış partlayıcı polis avtomobili keçərkən işə salınıb. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, PKK terrorçularının törətdiyi partlayış nəticəsində 3 polis şəhid olub, 3-ü isə yaralanıb. Bu barədə Diyarbəkir valiliyi məlumat yayıb. Hüquq-mühafizə orqanları terror aktı ilə bağlı təhqiqata başlayıb.