SİYASƏT


Müdafiə Nazirliyi: Ermənistan dövlət sərhədində vəziyyəti gərginləşdirməkdə davam edir

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 17-də səhər saatlarında Silahlı Qüvvələrimizin bölmələrinin dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərini “Şmel” reaktiv odsaçandan atəşə tutub. Hərbi qulluqçularımız arasında itki yoxdur.