SİYASƏT


20 yanvar ümumxalq hüzn günü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işləri görülür

20 Yanvar hadisələrindən 27 il ötməsinə baxmayaraq xalqımız bu günü heç zaman unutmur. Vətənə azadlığı canları bahasına bəxş edən 20 Yanvar şəhidlərinin uyuduğu bu məkan, illər ərzində milyonlarla ziyarətçinin uğradığı müqəddəs bir yerə çevrilib. Faciənin 27-ci ilində də ziyarətçiləri qəbul etməyə hazırlanan Şəhidlər xiyabanında divarlara qara və qırmızı lentlər bağlanıb.