CƏMİYYƏT


Azərbaycan xalqının qədim mərasimləri - Böyük çillə
Bu gecə Böyük çillə daxil olur

Xalqımız qış fəslini xalq təqviminə uyğun olaraq, “çillə” adı ilə üç yerə bölüb. Bunlardan böyük çillə 40 gün, kiçik çillə 20 gün, ala çillə və ya boz ay isə bir ay davam edir. Tarix üzrə fəlsəfə doktoru Asəf Orucov deyir ki, mənbələrdə “çillə” “çehil” sözündəndir, mənası “qırx” deməkdir. Xalq arasında “ağırlıq, dərd, kəramət, xəstəlik” mənalarında da başa düşülür.