RƏSMİ


Azərbaycan Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun “İpək Yolunun səmərəsi” adlı interaktiv iclasında iştirak edib

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda Dünya İqtisadi Forumunun “İpək Yolunun səmərəsi” adlı interaktiv iclasında iştirak edib. Dövlətimizin başçısı iclasda çıxış edib və sualları cavablandırıb.