CƏMİYYƏT


Sabah hava yağmursuz olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Havanın temperaturu Abşeronda gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, Bakıda gecə 0-2, gündüz 7-9 dərəcə isti olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır