SİYASƏT


Atəşkəs rejimi 30 dəfə pozulub

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 30 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Qızılhacılı, Köhnəqışlaq kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Koxanəbi və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.