İDMAN


Yeni Olimpiya dövrünün batut gimnastikası üzrə ilk dünya kuboku yarışı Bakıda keçiriləcək

14 ölkədən olan 85 batutçu və tamblinqçi iki gün ərzində 2017-ci ildə qüvvəyə minən yeni qaydalar əsasında gərgin mübarizə apararaq öz qüvvələrini sınayacaqlar. Yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.